Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq
sosial

Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq

30-04-2026 18:00 20 Просмотров
IMG

Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.

 

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

 

Qeyd edək ki, Qazax rayonunun Daş Salahlı kəndinin 10 mindən çox sakini var.