ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer Kral III Çarlzdan ədəb-ərkan öyrənməlidir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Starmeri immiqrasiya və enerji siyasətinə görə bir daha tənqid edib:
"Keir Starmeri çox bəyənirəm, amma düşünürəm ki, o, immiqrasiya və enerji məsələsində faciəvi səhvlərə yol verib".
Tramp həmçinin III Çarlzın ABŞ Konqresindəki çıxışını tərifləyib. Monarx aprelin 28-də dövlət səfəri zamanı çıxış edib:
"Mən onun möhtəşəm olduğunu düşünürdüm. Bu, parlaq bir çıxış idi. O, bunu gözəl aksenti ilə parlaq şəkildə çatdırdı. Ayaq üstə alqışlandı. Və mən hər cəhətdən fantastik olduğunu düşündüm".
Aysel Şirinova