Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran Hörmüz Boğazını Açmağa Məcbur Qalacaq - General
dünya

İran Hörmüz Boğazını Açmağa Məcbur Qalacaq - General

30-04-2026 23:00 16 Просмотров
IMG

​ABŞ-ın təqaüdçü generalı Mark Kimmitt İranın geosiyasi strategiyasını kəskin tənqid edib. O bildirib ki, Tehranın Vaşinqtonu danışıqlara sövq etmək üçün hərbi təzyiq, blokada və iqtisadi rıçaqlardan istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.

 

Tvit.az bu barədə "Əl-Cəzirə"yə istinadən xəbər verir. 

 

Məlumata görə, ​Kimmitt vurğulayıb ki, heç bir dövlət və ya beynəlxalq təşkilat İranın Hörmüz boğazı üzərində birtərəfli suverenlik iddialarını tanımır. Onun sözlərinə görə, dünya birliyi Tehranın bu mövqeyi ilə razılaşmayacaq.

 

​General münaqişənin həlli ilə bağlı nikbin olmadığını ifadə edərək, Rusiya-Ukrayna müharibəsinin dördüncü ilini nümunə gətirib:

 

​"Vəziyyətin olduğu kimi qalma ehtimalı olduqca yüksəkdir".

 

​Generalın fikrincə, İran beynəlxalq təcridlə üzləşməmək üçün artan təzyiqlər qarşısında geri çəkilməli olacaq. Boğazın naviqasiyaya açılması üçün əsas mexanizm olacaq. Tehran boğazı qapalı saxlaya bilməyəcəyini anladıqdan sonra real dialoq prosesi başlayacaq.

 

Aysel Şirinova