Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Netanyahu ilə görüşmək üçün vaxt uyğun deyil - Livan prezidenti
dünya

Netanyahu ilə görüşmək üçün vaxt uyğun deyil - Livan prezidenti

04-05-2026 20:00 17 Просмотров
IMG

Livan prezidenti Cozef Aun bildirib ki, indi İsrail baş naziri ilə görüşmək üçün "düzgün vaxt deyil" və danışıqlardan geri dönüş yoxdur.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Aunun ofisindən verilən açıqlamada prezident bildirib ki, əvvəlcə təhlükəsizlik razılaşmasına nail olmalı və aramızda görüş məsələsini qaldırmazdan əvvəl İsrailin bizə hücumlarını dayandırmalıdırlar. 

 

“İstənilən danışıqların məqsədləri İsrailin işğal olunmuş ərazilərimizdən çıxması və əsirlərin geri qaytarılmasına əsaslanır. Müharibə variantının istənilən nəticəni vermədiyini sübut etdikdən sonra diplomatik variantı qəbul etməkdə israr edirik”, - deyə Aun bildirib.

 

Aysel Şirinova