Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Pelleqrini: Mən İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdım
siyasət

Pelleqrini: Mən İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdım

17-07-2026 10:00 18 Просмотров
IMG

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdığını bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

 

O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib:

 

"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) Prezident İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm".

 

P. Pelleqrini qeyd edib ki, o və bütün nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinə heyran qalıb:

 

"Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb".

 

Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.