Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
sosial

Sabah hava necə olacaq?

16-07-2026 13:00 16 Просмотров
IMG

Azərbaycanda iyulun 17-də havanın 38 dərəcə isti olacağı gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-55% təşkil edəcək.

 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.