Mingəçevirdə mübahisə zamanı 60 yaşlı kişiyə ağır xəsarət yetirilib.
Tvit.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər küçəsində olub.
Belə ki, mübahisə davaya çevrilib və 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun başı kərpiclə vurulan zərbə nəticəsində yarılıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.