Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ ​Anthropic-dən "Google Cloud"a nəhəng investisiya: 200 milyardlıq müqavilə
ДРУГОЕ

​Anthropic-dən "Google Cloud"a nəhəng investisiya: 200 milyardlıq müqavilə

06-05-2026 23:00 29 Просмотров
IMG

​Süni intellekt sahəsində Claude çatbotu ilə qlobal rəqabətə qoşulan Anthropic şirkəti strateji addım atmağa hazırlaşır. Son dövrlərin ən sürətlə inkişaf edən texnologiya nəhəngi, bulud texnologiyaları infrastrukturunu gücləndirmək məqsədilə Google Cloud ilə çoxmilyardlıq müqavilə imzalayıb.

 

Tvit.az xəbər verir ki, ​​"The Information" nəşrinin əldə etdiyi məlumata görə, bu investisiya birbaşa Google-ın ana şirkəti olan "Alphabet"ə deyil, məhz bulud xidmətləri bölməsinə yönəldilib. 

 

Məlumata görə, Anthropic yaxın 5 il ərzində Google Cloud xidmətləri üçün 200 milyard dollar xərcləməyi öhdəsinə götürüb.

 

Bu vəsait süni intellekt modellərinin təlimi və saxlanılması üçün lazım olan nəhəng hesablama gücünün təmin edilməsinə sərf olunacaq. Bu addım Anthropic-in bazar payını artırmaq və rəqibləri ilə texnoloji üstünlük uğrunda mübarizədə mövqelərini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

 

​Qeyd edək ki, Anthropic artıq bir müddətdir ki, həm Google, həm də Amazon kimi nəhənglərlə sıx əməkdaşlıq edərək öz süni intellekt ekosistemini genişləndirməyə davam edir.

 

Aysel Şirinova