Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski: Ukrayna ABŞ nümayəndə heyətinin yayın əvvəlində səfər edəcəyini gözləyir
dünya

Zelenski: Ukrayna ABŞ nümayəndə heyətinin yayın əvvəlində səfər edəcəyini gözləyir

08-05-2026 15:00 23 Просмотров
IMG

Ukrayna ABŞ prezidenti Donald Trampın administrasiyası ilə yeni danışıqların vaxtını razılaşdırır və onun xüsusi nümayəndələrinin yazın sonu və ya yayın əvvəlində gələcəyini gözləyir. 


Tvit.az-ın məlumatına görə, bu barədə Vladimir Zelenski özünün “Telegram” kanalında yazıb.


"Zəruri səfərlərin cədvəli barədə razılığa gələcəyik və Amerika prezidentinin nümayəndələrinin yaz və ya yay aylarının əvvəlində Kiyevə gələcəyini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirə və diplomatiyanı gücləndirə biləcəyik",- deyə Ukrayna lideri bildirib.


Elmin Alışov