Texnologiya nəhəngi "Huawei", "Now Is Your Spark" adlı qlobal təqdimat tədbirində planşet bazarında inqilab edəcək yeni flaqman modelini — "MatePad Pro Max"ı nümayiş etdirib.
Tvit.az xəbər verir ki, cihaz həm dizaynı, həm də mühəndislik nailiyyətləri ilə rəqiblərini geridə qoyaraq dünyanın ən nazik planşeti ünvanına sahib olub.
Yeni "MatePad Pro Max" cəmi 4,7 mm qalınlığı ilə iPad Pro (M4) modelini geridə qoyaraq rekord qırıb. 13,2 düymlük geniş ekrana malik olmasına baxmayaraq, cihazın çəkisi cəmi 499 qram təşkil edir.
Aysel Şirinova