Türkiyə Ukraynada nizamlanma ilə bağlı danışıqları bərpa etmək və bununla bağlı diplomatik prosesi intensivləşdirmək üzərində işləyir.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merts ilə telefon danışığında bildirib.
"Prezident Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasındakı müharibənin davamlı sülhlə başa çatması üçün səylər göstərdiyini və danışıqları bərpa etmək və diplomatik prosesi intensivləşdirmək üçün çalışdığını qeyd edib".
Aysel