Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 73 min nəfəri ötüb
dünya

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 73 min nəfəri ötüb

02-07-2026 22:00 16 Просмотров
IMG

İsrailin Qəzzaya qarşı müharibəsində ölən fələstinlilərin sayı 73 min 74 nəfərə çatıb, 173 min 537 nəfər yaralanıb.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalarda dörd ölüm və 12 yaralanma hadisəsi qeydə alınıb.

 

İsrailin pilotsuz təyyarəsinin bu gün Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində ən azı yeddi fələstinli yaralanıb.

 

Qeyd edək ki, ötən il ABŞ-ın vasitəçiliyi ilə oktyabr ayında Həmas və İsrail arasında əldə edilən "atəşkəs"dən bəri Qəzzada 1000-dən çox insan həlak olub.

 

Aysel Şirinova