Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Barselona" 18 yaşlı belçikalı futbolçu transfer etdi
СПОРТ

"Barselona" 18 yaşlı belçikalı futbolçu transfer etdi

21-07-2026 16:00 36 Просмотров
IMG

İspaniyanın "Barselona" klubu "Brügge"nin (Belçika) 18 yaşlı futbolçusu Cesse Bisivunu heyətinə qatmaq üçün tam razılıq əldə edib.

 

Tvit.az xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşıb.

 

Qeyd olunur ki, tərəflər arasında razılaşma artıq rəsmiləşib və klublar növbəti addım olan tibbi müayinə prosedurları üçün sənəd mübadiləsi aparırlar.

 

Transferin dəyəri 8.5 milyon avro olaraq müəyyənləşdirilib, həmçinin gələcək satışdan 20% pay nəzərdə tutulub.

 

Gənc belçikalı oyunçu tibbi yoxlanışdan keçmək məqsədilə yaxın vaxtlarda Barselonaya yollanacaq.