Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Gəncədə kütləvi dava - Ölən və yaralananlar var
turizm

Gəncədə kütləvi dava - Ölən və yaralananlar var

06-08-2026 09:00 14 Просмотров
IMG

Gəncədə kütləvi dava ölümlə nəticələnib.

 

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.

 

Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisə zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.