Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şahbuzun bəzi hissələrində işıq olmayacaq
sosial

Şahbuzun bəzi hissələrində işıq olmayacaq

13-08-2026 16:00 13 Просмотров
IMG

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

 

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Tvit.az-a verilən məlumata görə, avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan "Qəsəbə-1" 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.

 

Bununla əlaqədar avqustun 14-də saat 12:30-dan 14:30-dək Şahbuz şəhərinin Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.