Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorakılğa məruz qaldığı iddia olunur.
"Tvit.az" xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.