Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb
hadisə

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb

10-09-2025 22:00 34 Baxış
IMG

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. 


Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

 

Faktla bağlı araşdırma başlanılıb.