Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Mayonez narkotik kimidir - Nə etməli?
sosial

Mayonez narkotik kimidir - Nə etməli?

16-04-2026 09:00 56 Baxış
IMG

Mayonez qatılmış qidalardan doymaq, əl çəkmək olmur. Çünki bu sous asanlıqla asılılıq yarada bilər.

 

Tvit.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Marqarita Korolevanın sözlərinə görə, bu asılılıq məşhur sousdakı konservantların və yağın bədənə təsiri nəticəsində baş verir:

 

"Yağ, duz və ya şəkər tərkibli qidalar beynin opioid sisteminə təsir göstərir və müntəzəm istifadə ilə asılılığa səbəb ola bilər".

 

Diyetoloq əlavə edib ki, həddindən artıq mayonez mayenin tutulmasına, allergik reaksiyalara və çəki artımına səbəb ola bilər. Mütəxəssis bu sousu mülayim şəkildə istifadə etməyi və mağazadan alınan mayonezdən çəkinməyi tövsiyə edib - təbii inqrediyentlərdən özünüz hazırlamaq daha yaxşıdır.