Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan Ermənistandan ilk dəfə mal idxal etdi
sosial

Azərbaycan Ermənistandan ilk dəfə mal idxal etdi

16-04-2026 10:00 43 Baxış
IMG

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

 

Tvit.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

 

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.