Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək
sosial

Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək

16-04-2026 17:00 36 Baxış
IMG

Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək.


Tvit.az-ın məlumatına görə, Regional Su Meliorasiya Xidməti tender elan edib.

 

Layihə çərçivəsində Coğazçay su anbarının sutullayıcı qurğunun dağılmış hissəsinin əsaslı təmir edilməsi nəzərdə tutulur.

 

Qurum görüləcək işlər müqabilində 114 230 manat ödəməyi planlaşdırır.

 

Məlumat üçün bildirək ki, Coğazçay su anbarı Azərbaycan və Ermənistan sərhədində yerləşir. Su anbarı Coğazçay üzərində tikilib və 1988-ci ildə istismara verilib. Su anbarının bir hissəsi Ermənistanın İcevan rayonun ərazisində, qalan hissəsi Qazax rayonu ərazisində yerləşir.

 

Su anbarında bəndin hündürlüyü 41 metr, bəndin uzunluğu 855 metr və ümumi həcmi 26 milyon kubmetrdir.