Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yaponiyada 200 minə yaxın insanın təxliyyəsi barədə ƏMR VERİLDİ
dünya

Yaponiyada 200 minə yaxın insanın təxliyyəsi barədə ƏMR VERİLDİ

20-04-2026 15:00 18 Baxış
IMG

Yaponiyanın şimal-şərq sahillərində baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən Hokkaydo, Aomori, İvate, Miyagi və Fukusima prefekturalarında 171 mindən çox insana təxliyə edilmələri tövsiyə edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, zəlzələdən sonra meteoroloqlar hündürlüyü 3 metrə qədər olan sunami xəbərdarlığı veriblər. Bəzi ərazilərdə hündürlüyü 80 sm-ə qədər olan dalğalar artıq sahilə çatıb. Daha yüksək dalğalar riski qalmaqdadır. 

 

Xatırladaq ki, ölkə ərazisində bugün 7,4 bal gücündə zəlzələ olub.

 Zəlzələdən sonra 6 avtoşok qeydə alınıb.

 

Aysel Şirinova