Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Zirə” - “Neftçi” matçında hakim səhv qərar verib - AFFA
idman

“Zirə” - “Neftçi” matçında hakim səhv qərar verib - AFFA

20-04-2026 16:00 26 Baxış
IMG

Bu gün “Neftçi” rəhbərliyi ilə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov arasında görüş keçirilib.

 

Tvit.az Teleqraf-a istinadla xəbər ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə paytaxt təmsilçinin rəhbərliyi Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” ilə oyunda və bundan öncəki qarşılaşmalardakı hakim qərarları ilə bağlı narazılığını dilə gətirib.

 

Bakılılar bu səhv qərarların sonrakı turlarda da baş verəcəyi ehtimalından narahatlığını bildirib.

 

Aparılan müzakirələrdə Hakimlər Komitəsinin sədri “Zirə” – “Neftçi” matçında İnqilab Məmmədovun səhv qərar verdiyini etiraf edib.

 

Əldə edilən digər məlumata görə, Rəhim Həsənov İnqilab Məmmədovun sözügedən oyundakı qərarının yanlış olduğunu ənənəvi şərhində bildirəcək.

 

Bu durumda 43 yaşlı referinin cəzalandırılacağı da istisna deyil.