Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağcabədidə ağır qəza: Ölən var
hadisə

Ağcabədidə ağır qəza: Ölən var

21-04-2026 09:00 19 Baxış
IMG

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az Oxu.az-a istiandla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

 

1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub.

 

Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanılıb.