Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı metrosu fəaliyyətini bərpa etdi - YENİLƏNİB
sosial

Bakı metrosu fəaliyyətini bərpa etdi - YENİLƏNİB

21-04-2026 14:00 60 Baxış
IMG

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

Bu barədə "Tvit.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.

***

14:48

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə "Tvit.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

***

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə "Tvit.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib:

"Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".

**** 

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə "Tvit.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə "Tvit.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.