Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 faizi açılıb
sosial

Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 faizi açılıb

21-04-2026 15:00 26 Baxış
IMG

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb.

"Tvit.az" xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclasında deyib.

O bildirib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.

Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.