Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurdu
idman

"Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurdu

23-04-2026 18:00 29 Baxış
IMG

İspaniya çempionatının 33-cü turu çərçivəsində baş tutan "Selta" ilə qarşılaşmada (1:0) "Barselona"nın gənc ulduzu Lamin Yamal zədələnib.

 

Tvit.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

 

Bildirilib ki, budun arxa əzələsindən xəsarət alan ispan vinger cari mövsümdə komandasına bir daha kömək edə bilməyəcək.

 

"Tibbi müayinələr əsas heyət oyunçusu Lamin Yamalın sol ayağının dizaltı vətərindən zədə aldığını təsdiqləyib. Futbolçuya konservativ müalicə tətbiq ediləcək. Lamin Yamal mövsümün qalan hissəsini buraxacaq, lakin onun dünya çempionatında iştirak edə biləcəyi gözlənilir", - deyə Kataloniya təmsilçisinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunur ki, Yamalın 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər bərpa prosesini yekunlaşdırması planlaşdırılır.