Litva ABŞ-dan 180 milyon avrodan çox dəyərində “Sidewinder” raketləri alacaq.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
“Bu, Litvanın potensialını gücləndirəcək”, – deyə qurumda qeyd olunub.
Bildirilib ki, söhbət NASAMS hava hücumundan müdafiə sistemləri ilə uyğun olan AIM-9X Block II “Sidewinder” raketlərindən gedir. Bu raketlər raketlərin və pilotsuz uçuş aparatlarının qarşısını almaq, eləcə də helikopter və təyyarələri məhv etmək üçün istifadə oluna bilər.
Aysel Şirinova