Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya əhalisi Putinə etibar edir? - STATİSTİKA
dünya

Rusiya əhalisi Putinə etibar edir? - STATİSTİKA

24-04-2026 21:00 19 Baxış
IMG

Putinin reytinqi artıq yeddinci həftə ardıcıl olaraq azalmaqda davam edir.

 

Tvit.az xəbər verir ki, məlumat Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) açıqladığı son məlumatlar göstərir ki, bu göstəricilərində bildirilib.

 

Bildirlib ki, rusiyalıların 24,1%-i Putinə etibar etmir. Respondentlərin daha 23,3%-i isə onun prezident vəzifəsində fəaliyyətini bəyənmir. 

 

Ötən həftə ilə müqayisədə Putinin fəaliyyətinin bəyənilmə səviyyəsi 1,1% azalaraq 65,6%-ə düşüb. Rusiya prezidentinə etimad səviyyəsi də 1% azalaraq 71%-ə enib.

Qeyd olunur ki, reytinqlərin azalması artıq yeddi həftədir davam edir. Həmçinin əlavə edilib ki, reytinqlərin düşməsinin səbəbləri sırasında Telegram-ın bloklanması, mobil internetə məhdudiyyətlər, qiymət artımı və rusiyalıların müharibədən yorulması göstərilir.

 

Aysel Şirinova