Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb
sosial

Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb

27-04-2026 18:00 22 Baxış
IMG

Aprelin 27-si saat 18:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.


Milli Hidrometeorologiya Xidmətindən Tvit.az-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.


Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.