İndoneziyanın Qərbi Yava əyalətində qatar qəzası baş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qatar Qərbi Yavanın Bekasi şəhərində Bekasi Timur stansiyasında gözləyən şəhərətrafı qatarla toqquşub.
Qəza nəticəsində 4 nəfər ölüb, 38 nəfər isə yaralanıb.
Elmin Alışov