Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Toyuq paketlərindəki gizli təhlükə
sosial

Toyuq paketlərindəki gizli təhlükə

28-04-2026 23:00 25 Baxış
IMG

Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.

 

Tvit.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.


Qida üzrə mütəxəssis Məhsəti Hüseynova mövzu ilə bağlı mühüm məqamları vurğulayıb:

 

“Paket zədələnməmiş olmalı, üzərində hər hansı şişkinlik müşahidə edilməməlidir. Xüsusilə məhsulun üzərində qalın buz örtüyü varsa, bu onun donunun dəfələrlə açılıb yenidən dondurulduğunun göstəricisidir. Bəzən toyuğun alt hissəsində çəhrayı rəngli maddə və ya buz olur ki, bunu çox vaxt qanla qarışdırırlar. Bu, əslində, mioqlobin zülalıdır. Əgər maye az miqdardadırsa və kənar qoxu yoxdursa, zərərli deyil. Lakin həmin qat daha qalın və tünd rəngdədirsə, turşumuş qoxu verirsə və yaxud toyuğun üzərində çəhrayı, sarımtıl ləkələr varsa, bu, məhsulun köhnə olmasından xəbər verir”.

 

Mütəxəssislər ət, süd, balıq və toyuq məhsulları alarkən ehtiyatlı olmağı, məhsulların qoxusuna və görünüşünə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Həmçinin dondurulmuş qidaların soyuducudan çıxarıldıqdan sonra uzun müddət saxlanılmaması barədə xəbərdarlıq edilir.