Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb
sosial

Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb

30-04-2026 20:00 18 Baxış
IMG

Naxçıvan Muxtar Respublikasında ənənəvi olaraq qeyd olunan "İmmunlaşdırma həftəsi" bu il də uğurla yekunlaşıb.

 

Tvit.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən həftə çərçivəsində muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən tədbirlər təşkil olunub.

 

Bu müddətdə peyvənddən müxtəlif səbəblərlə kənarda qalan uşaqların müəyyənləşdirilməsi və immunizasiyaya cəlb olunması istiqamətində məqsədyönlü işlər görülüb, prosesə nəzarət məqsədilə monitorinqlər aparılıb.

 

Görülən tədbirlər nəticəsində ümumilikdə 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.

 

Qeyd edək ki, "İmmunlaşdırma həftəsi" peyvəndləmənin vacibliyinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya hər il milyonlarla insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi təhlükəli infeksiyalardan qoruyaraq, xəstəlik, əlillik və vaxtsız ölüm hallarının qarşısının alınmasında mühüm rol oynayır.