Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" "Pafos"un qolkiperi üçün rəsmi təklif yollayıb
idman

"Qarabağ" "Pafos"un qolkiperi üçün rəsmi təklif yollayıb

05-05-2026 12:00 17 Baxış
IMG

"Qarabağ" Kiprin "Pafos" klubunun qolkiperi Cey Qorterin transferində maraqlıdır.

 

Tvit.az "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, Cey Qorter tezliklə "Pafos"u tərk edə bilər.

 

25 yaşlı qapıçı ötən yay "Ayaks"dan Kipr klubuna transfer olunmuşdu. İndi isə onun "Pafos"la yollarını ayıracağı ehtimal edilir. Qapıçıya həm Azərbaycandan, həm də Niderland çempionatından ciddi maraq var.

 

Mənbənin məlumatına görə, "Qarabağ" "Pafos"un qapıçısı üçün artıq rəsmi təklif yollayıb. Lakin Qorter bu transferə o qədər də isti yanaşmır.

 

Qorter yaydan bəri bu mövsüm Çempionlar Liqasında da mübarizə aparan "Pafos"un şərəfini qoruyur. Sabiq "Ayaks"lı Kiprdə əsas heyətdə özünə yer etməyi bacarıb. Buna baxmayaraq, ayrılıq qaçılmaz görünür.

 

"Klub ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi üçün qapıçının gedişi ən məntiqi həll yolu kimi qiymətləndirilir", - deyə nəşr qeyd edib.