Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı
hadisə

Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı

05-05-2026 19:00 18 Baxış
IMG

İstanbulda Kadıköy–Beşiktaş xətti üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

 

Tvit.az xəbər verir ki, 44 yaşlı qadın mayın 2-si axşam saatlarında Kadıköydən bərəyə minib. Lakin onun Beşiktaşda düşməsinə dair heç bir görüntü qeydə alınmayıb. Qadına məxsus çanta isə bərədə aşkarlanıb.

 

Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən dənizdə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib. Aparılan axtarışlar nəticəsində Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında tapılıb.

 

Meyit müvafiq ekspertiza üçün təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.