"Xiaomi Auto" şirkətinin 6 may tarixində açıqladığı rəsmi məlumatlara görə, yenilənmiş SU7 sedanı satışa çıxarıldığı 20 mart tarixindən etibarən cəmi 48 gün ərzində 80 min təsdiqlənmiş sifariş həddini keçib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu göstərici yalnız depoziti ödənilmiş və sifarişi "kilidlənmiş" alıcıları əhatə edir.
Məlumata görə, hazırda model bazarda üç fərqli variantda - təxminən 32 min 200–44 min 500 ABŞ dollar qiymət aralığında təklif olunur.
Aysel Şirinova