Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Lukaşenko: Belarusun öz torpaqları kifayət qədərdir ona sülh lazımdır
dünya

Lukaşenko: Belarusun öz torpaqları kifayət qədərdir ona sülh lazımdır

25-06-2026 17:00 27 Baxış
IMG

Belarusun öz torpaqları və iqtisadiyyatı kifayət qədərdir. Bizim yalnız və yalnız ədalətli şərtlərlə sülhə ehtiyacımız var.

 

Tvit.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

"Bizə müharibə lazım deyil. Bizim kifayət qədər torpağımız, kifayət qədər iqtisadiyyatımız və kifayət qədər problemlərimiz var. Ona görə də heç bir qarşıdurma, burada "suları korlamağa" ehtiyac yoxdur. Bunu mövqeyimi başa düşməyiniz üçün deyirəm. Bunu gizlətmirəm. Sülh və yalnız sülh. Amma tam zəmanətlə ki, onlar bizimlə oynamayacaqlar və Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, bizi bir daha aldada bilməyəcəklər, çünki Rusiyanı aldatmaq sadəcə Belarusa zərər verərdi. Biz Vətənimizin ön cəbhəsindəyik bunu çox yaxşı başa düşürük", - Belarus lideri bildirib.

 

Aysel Şirinova