Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanlı futbolçu Albaniya klubuna keçib
sport

Azərbaycanlı futbolçu Albaniya klubuna keçib

19-08-2025 16:00 163 Views
IMG

Albaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb.

"Tvit.az" xəbər verir ki, ötən mövsüm "Mingəçevir"də oynayan qapıçı Elməddin Məmmədov Albaniyada çıxış edəcək.

29 yaşlı qolkiper  "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, E.Məmmədov bunadək “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.