Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Futbol sehrbazının həyatı ekranlara daşınır
sport

Futbol sehrbazının həyatı ekranlara daşınır

13-03-2026 14:00 179 Views
IMG

"Netflix" platforması Braziliya futbolunun əfsanəvi siması Ronaldinyonun karyerasından bəhs edən yeni sənədli serialını təqdim edəcəyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti məlumat yayıb.

 

"Ronaldinho: The One and Only" adını daşıyan bu ekran işi üç seriyadan ibarət mini-serial formatında tamaşaçıların ixtiyarına veriləcək. Futbolsevərlərin maraqla gözlədiyi layihənin premyerası isə aprel ayının 16-na təyin olunub.

 

Məlumat üçün bildirək ki, ulduz futbolçuya həsr olunan bu mini-serialın rejissoru Luis Aradır. O, bundan əvvəl məşhur qapıçı Rene Hiquita və Braziliya yığmasının 2002-ci il Dünya Çempionatındakı tarixi zəfərindən bəhs edən filmlərin də müəllifi olub.