Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Lion"un futbolçuları Endrik və Afonsu Moreyra PSJ ilə matçda tarixə düşüblər
sport

"Lion"un futbolçuları Endrik və Afonsu Moreyra PSJ ilə matçda tarixə düşüblər

20-04-2026 10:00 12 Views
IMG

Fransa Liqa 1-in XXX turunda səfərdə PSJ-ni məğlub edən (2:1) "Lion"un hücumçuları Endrik və Afonsu Moreyra klubun tarixinə düşüblər.

 

Tvit.az "Opta"ya istinadən xəbər verir ki, hər iki futbolçu sözügedən qarşılaşmada qol vurmaqla yanaşı, bir-birilərinə məhsuldar ötürmə də ediblər.

 

Bununla da onlar 2012-ci ildən bəri Liqa 1-də "Lion"un heyətində PSJ-yə qarşı bir matçda həm qol, həm də assist müəllifi olan oyunçuların siyahısına düşüblər.

 

Daha əvvəl "Lion"un heyətində bu nailiyyətə 2012-ci ildə Mişel Bastos, 2018-ci ildə Nabil Fekir, 2021-ci ilin martında isə Maksvell Korne imza atmışdılar.

 

Qeyd edək ki, "Lion" 30 oyundan sonra 54 xalla Fransa çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.