Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi
sport

"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi

24-04-2026 18:00 16 Views
IMG

Türkiyənin "Beşiktaş" klubunun və Nigeriya milli komandasının sabiq futbolçusu Maykl Eneramo vəfat edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyası məlumat yayıb.

 

Məlumata görə, 40 yaşlı veteran futbolçunun qəfil ölümünə ürək çatışmazlığı səbəb olub.

 

Xatırladaq ki, peşəkar karyerasını 2018-ci ildə başa vuran Maykl Eneramo Nigeriya yığmasının formasını geyindiyi 10 qarşılaşmada rəqib qapılarından üç top keçirməyi bacarmışdı.