Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Küləyin sürəti güclənəcək - Sarı xəbərdarlıq
sosial

Küləyin sürəti güclənəcək - Sarı xəbərdarlıq

16-06-2026 19:00 13 Views
IMG

Milli Hidrometeorologiya Xidməti iyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə "Tvit.az"a xidmətdən bildirilib.

Qeyd olunub ki, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan Muxtar Respublikasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.