Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən Tvit.az-a verilən məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.