Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, adıçəkilən yolda 99-UA_251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.