Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan-İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
siyasət

Azərbaycan-İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

15-07-2026 12:00 25 Views
IMG

Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

 

Bu barədə Tvit.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Teymur Musayev Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin mövcudluğunu vurğulayıb. Nazir səhiyyə sektorunda da qarşılıqlı təcrübə mübadiləsi, tibbi təhsil, səhiyyə mütəxəssislərinin hazırlanması və elmi-praktik əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafı üçün əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

 

Ömər Bərəkət əl-Nahar Azərbaycan ilə İordaniya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.

 

Görüşün sonunda tərəflər Azərbaycan və İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.