Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.
Tvit.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər.
İlqar Bayramlı qeyd edib ki, abituriyentlər avqustun 5-dək ixtisas seçimi edə biləcəklər:
"Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər".