Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dünya çempionatının ən yaxşı futbolçusu əməliyyat olunacaq
sosial

Dünya çempionatının ən yaxşı futbolçusu əməliyyat olunacaq

23-07-2026 13:00 20 Views
IMG

İngiltərənin "Mançester Siti" komandasının və İspaniya yığmasının yarımmüdafiəçisi Rodri bel nahiyəsindən cərrahi əməliyyat keçirəcək.

 

Tvit.az xəbər verir ki, bu məlumatı "The Athletic" nəşri yayıb.

 

Yarımmüdafiəçinin yaşıl meydanlara hansı tarixdə dönəcəyi hələ ki, bəlli deyil.

 

30 yaşlı Rodri 2019-cu ildən etibarən "Mançester Siti"nin şərəfini qoruyur. O, daha öncə İspaniyada "Atletiko" və "Vilyarreal" komandalarının formasını geyinib. İspaniyalı oyunçu 4 qat İngiltərə çempionu, 3 qat Liqa kubokunun sahibi, 2 qat İngiltərə Kuboku və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Superkubokunun sahibi, bir dəfə Çempionlar Liqası, İngiltərə Superkuboku və klublararası dünya çempionatının qalibi olub. İspaniya millisinin heyətində o, dünya çempionatını (2026), Avropa çempionatını (2024) və Millətlər Liqasını (2023) qazanıb.

 

Futbolçunun "Mançester Siti" klubu ilə qüvvədə olan sözləşməsi 2026/27 mövsümünün sonunadək etibarlıdır. Jurnalist Ramon Alvares bildirir ki, yarımmüdafiəçi mövcud müqavilənin müddətini artırmaq istəməyib və karyerasını İspaniyanın "Real" klubunda davam etdirmək niyyətindədir.

 

Rodri futbol tarixində dünya çempionatı, Çempionlar Liqası və "Qızıl top" mükafatlarına sahib olan 11-ci futbolçudur. Bu, ispanların 2026-cı il dünya çempionatını qazanmasından sonra mümkün olub. O, turnirin ən yaxşı oyunçusu adını qazanıb. Rodri, 2024-cü ildə də "Qızıl top"a layiq görülüb.