Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
siyasət

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb

06-08-2026 11:00 16 Views
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən qarşılanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, Ukraynaya rəsmi səfəri çərçivəsində C. Bayramov Andrey Sibiqa ilə birlikdə XİN-in parkında yerləşən Ukraynanın Həlak Olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib, abidə önünə əklil qoyaraq həlak olanların xatirəsini ehtiramla yad edib.

 

Rəsmi qarşılanma mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.

 

Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında təkbətək görüş keçirlir.