Hindistanın şimal-şərqindəki Assam əyalətində şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, güclü yağışlar və daşqınlar ştatın infrastrukturuna da ciddi ziyan vurub və ştat üzrə 16.951 hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Elmin Alışov