Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi
turizm

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi

10-08-2026 17:00 22 Views
IMG

Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində Azərbaycan vətəndaşı olan 57 yaşlı Lətifə İbadovanın meyiti yaşadığı mənzildə aşkar edilib. Hadisə avqustun 9-da günorta vaxtı qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" nəşri yayımlayıb.


Qeyd olunur ki, meyitə ilkin baxış keçirilərkən üzərində hər hansı zorakılıq, zərbə və ya kəsici alət yarası tapılmayıb. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

 

Hüquq-mühafizə orqanları L.İbadova ilə eyni evdə qalan Fərhad adlı şəxsin axtarışlarına başlayıb. Bildirilir ki, həmin şəxs polisə məlumat daxil olmamışdan təqribən 15 dəqiqə öncə mənzili tərk edib.

 

Hadisə yerində narkotik olduğu ehtimal edilən maddə də aşkarlanaraq ekspertizaya göndərilib. Prokurorluq qadının ölümü ilə bağlı araşdırmaya başlayıb.