Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Meta-nın ağıllı eynəklərinə məhkəmə binalarında qadağa qoyuldu
OTHER

Meta-nın ağıllı eynəklərinə məhkəmə binalarında qadağa qoyuldu

12-08-2026 23:00 20 Views
IMG

İngiltərə və Uelsdə məhkəmə binalarına Meta-nın foto və video çəkə bilən ağıllı eynəklərinin gətirilməsi qadağan edilib.

 

Tvit.az xəbər verir ki, qərarın əsas səbəbi məhkəmələrdə icazəsiz çəkiliş və səs yazısı riskidir. Qaydaya əsasən, eynəklə məhkəməyə gələn şəxslərin cihazları girişdə götürüləcək və binanı tərk edərkən qaytarılacaq.

 

Smartfonlardan fərqli olaraq, eynəklərin söndürülməsi və ya çəkiliş funksiyasından istifadə edilməyəcəyinə dair vəd qadağanı aradan qaldırmır.

 

Aysel Şirinova